525.Az

“Tarixə yazılan gün” adlı tədbir keçirilib


 

“Tarixə yazılan gün” adlı tədbir keçirilib<b style="color:red"></b>

Dünən 14 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş “Tarixə yazılan gün” adlı tədbir keçirilib.

Tədbirdə  şagirdlər 20 Yanvar faciəsinin başvermə səbəblərindən,sovet ordusunun dinc əhaliyə silah qaldırmasından, günahsız insanların gülləbaran edilməsindən danışdılar.Sonra şagirdlər 20 Yanvara aid şeirlər söylədilər, mahnılar oxudular. 20 Yanvar faciəsindən bəhs olunan teleçarx nümayiş olunub.

Şagirdlər 20 Yanvar faciəsində şəhid olmuş İlham və Fərizəyə həsr etdikləri səhnəciyi nümayiş etdirdilər. Sonra həmin sinifdə təhsil alan Xanım Rzayevanın atası Rövşən Rzayev həmin hadisələrin canlı şahidi olduğundan şəhid İlham haqqında xatirələrini danışdı.

Çıxışdan sonra 6”C” sinif şagirdi Gülbahar İlham və Fərizəyə həsr olunmuş “Şəhidlər” şeirini səsləndirib. Mahirə Əvəzova öz bəstələdiyi musiqini pianoda səsləndirdi, musiqi sədaları altında Xanım Rzayeva 20 Yanvar faciəsinə həsr olunmuş şeir söyləyib.

Tədbirdə çıxış edən məktəbin direktoru Nailə Muradova 20 Yanvar faciəsindən, insanların kütləvi şəkildə amansızlıqla qətlindən ürək ağrısı ilə danışıb. N.Muradova bildirib ki, biz Pprezident İlham Əliyevin ətrafında sıx birləşərək şəhidlərin günahsız qanları ilə başa gələn azadlığımızı daima qoruyacaq və əbədi yaşadacağıq: “20 Yanvarı biz sadəcə qırğın, faciə kimi deyil, öncə öz doğma torpağının ermənilərə verilməsinə qarşı çıxan xalqın mübarizəsi kimi baxırıq. İmperiyanın bütün gücünə baxmayaraq Azərbaycan xalqı meydanlara çıxaraq varlığını sübut etdi, göstərdi ki, öz torpağını düşmənə verməyəcək. 20 Yanvarın böyük mənası bundan ibarətdir. İmperiyanın çökməsinə 20 Yanvar hadisəsi böyük rol oynadı. Onlar elə bilirdilər ki, Azərbaycanda qırğın törətməklə imperiyanı saxlaya biləcəklər. Lakin imperiya ordusu ən müasir silahlarla silahlansa da öz istəyinə nail olmadı. Azərbaycanın üçrəngli bayrağı yenidən bu torpaqların üzərində dalğalandı".

 





17.01.2020    çap et  çap et