525.Az

Elçin Hüseynbəyli ilə liseydə görüş keçirilib


 

Elçin Hüseynbəyli ilə liseydə görüş keçirilib<b style="color:red"></b>

Fevralın 5-də Xətai rayonunda yerləşən Heydər Əliyev adına Liseydə yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə şagird və müəllimlərin görüşü olub.

Tədbirin aparıcısı, dil-ədəbiyyat müəllimi Gülarə Həmidova bildirib ki, yazıçının əsərləri orta məktəbdə tədris olunur: 5-ci sinifdə "Füruzə qaşlı xəncər", 7-ci sinifdə isə "Nəvə" hekayəsi.

O, Elçin Hüseynbəylinin həyat və yaradıcılığı barədə yığcam məlumat verdikdən sonra qeyd edib ki, hələ 7 il öncə yazıçı bu məktəbdə qonaq olub və həmin şagirdlər məzun olsalar da, o görüşü indi də xatırlayırlar. Gülarə Həmidova onu da əlavə edib ki, ötən il sosial şəbəkə vasitəsilə də yazıçı ilə canlı əlaqə yaradılıb. O, bu cür görüşlərin şagirdlərə müsbət təsir göstərdiyini və xoş təəssürat yaratdığını deyib.

Sonra görüş şagirdlərlə yazıçının dialoqu əsasında davam edib. Söhbət zamanı məlum olub ki, şagirdlər ədəbiyyata ciddi maraq göstərir və yazıçının bir sıra əsərlərilə tanışdırlar.

Qarşılıqlı sual-cavabla müşayiət olunan görüşdə şair İlqar Türkoğlu da iştirak edib. O, şeirlərini şagirdlər üçün səsləndirib.

Sonda yazıçı görüş iştirakçıları üçün avroqraf verib və xatirə şəkli çəkdirib.

 





07.02.2020    çap et  çap et