525.Az

Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb


 

Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb<b style="color:red"></b>

Qırğızıstanın “Kabar” milli informasiya agentliyi, “Sputnik Qırğızıstan”, “AKİpress”, “Centralasia.media” xəbər agentlikləri, o cümlədən “Veçerniy Bişkek” qəzeti və digər KİV-lər Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı informasiyalar, məqalələr, müsahibələr çap edib.

AZƏRTAC xəbər verir ki, parlament seçkilərində müşahidəçi kimi iştirak edən “Veçerniy Bişkek” qəzetinin baş redaktorunun birinci müavini Nina Niçiporova öz məqaləsində Qırğızıstan müşahidəçilərinin olduqları bütün məntəqələrdə seçkilərin açıq, şəffaf və demokratik şəraitdə keçdiyini bildirib. Məqalədə deyilir ki, Qırğızıstandan olan nümayəndə heyətinə Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın sədri Nurjan Şayldabekova, Joqorku Keneşin (Parlamentin) Azərbaycan-Qırğızıstan Dostluq Qrupunun rəhbəri Tazabek İkramov, Prezident Aparatı rəhbərinin müavini, Prezidentin Joqorku Keneşdə səlahiyyətli nümayəndəsi Kurmanbek Diykanbayev, Qırğızıstan Xalq Assambleyası Şurasının sədri, akademik Abdıqanı Erkebayev, “#ONE Magazine” jurnalının baş redaktoru Aida Dolotbakova və digər şəxslər daxil idilər.

Kurmanbek Diykanbayev “Veçerniy Bişkek” qəzetinə müsahibəsində Azərbaycanda parlament seçkilərinin demokratik şəraitdə keçirildiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışaraq bildirib ki, ölkədə Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan torpaqlarının tezliklə azad olunacağına böyük ümid var.

 





14.02.2020    çap et  çap et