525.Az

Muğam Mərkəzində musiqili-ədəbi gecə təşkil edilib


 

Muğam Mərkəzində musiqili-ədəbi gecə təşkil edilib<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində “Demo version of love” adlı musiqili-ədəbi gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə rəssam, dizayner, şairə və bəstəkar Rəsminə Qürbətova və “YARAT” Müasir Sənət Mərkəzinin departament rəhbəri Ülviyyə Axundovanın müəllifləri olduğu on iki kompozisiya və şeir səslənib.

Gecədə müəllifləri Bəbir Bəbirlinin rəhbərlik etdiyi musiqi qrupu müşayiət edib.

“Art Council Azərbaycan” təşkilatının dəstəyi ilə keçirilən tədbirdə sevginin başlandığı yoldan ayrılığa qədərki məqamlarından söz açılıb.

Gecədə Ülviyyə Axundova və Rəsminə Qürbətova əsərlərinin ruhi cazibədarlığı ilə tamaşaçıları laqeyd qoymayıb. Şeirlərin hər sətrində səmimiyyət, xeyirxahlıq və mehribanlıq hiss olunurdu. Musiqinin müşayiətilə şeir nümunələri iştirakçılara hədsiz təsir bağışlayaraq gecəyə bir səmimiyyət qatıb.

 





15.02.2020    çap et  çap et