Suraxanı rayonunun Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti fevralın 18-də səhər saatlarından etibarən qısamüddətlik məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə edilir.