525.Az

Prorektor: "Psixoloji yardım sektorunun BDU-nun həyatında əhəmiyyətli rolu olacaq"


 

Prorektor: "Psixoloji yardım sektorunun BDU-nun həyatında əhəmiyyətli rolu olacaq"<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) yaradılan Psixoloji yardım sektorunun təhsil müəssisəsinin həyatında əhəmiyyətli rolu olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev jurnalistlərə açıqlamasında deyib. Prorektor qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələrinin ali məktəblərində psixoloji yardım təşkil olunub. BDU-da qeyd edilən sektorun fəaliyyətə başlaması çox əlamətdardır.

Ə.Ağamirzəyev Psixoloji yardım sektorunun səmərəli xidmət göstərəcəyinə əminliyini vurğulayıb.

 





17.02.2020    çap et  çap et