525.Az

SOCAR London Beynəlxalq Neft Həftəsində iştirakdan imtina edib


 

SOCAR London Beynəlxalq Neft Həftəsində iştirakdan imtina edib<b style="color:red"></b>

SOCAR, "ExxonMobil" və "Royal Dutch Shell" şirkətləri koronavirusla əlaqədar olaraq dünyanın ən böyük neft sənayesi görüşlərindən biri sayılan – London Beynəlxalq Neft Həftəsində ("International Petroleum Week") iştirakdan imtina edən neft şirkətlərinin siyahısına qatıldı.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunlarla birgə BP, "PetroChina", "Vopak" və "Bureau Veritas" kimi şirkətlər də sözügedən tədbirdə iştirakdan imtina edib.

Qeyd edək ki, neft şirkətləri və treyderlərin yığışdığı əsas məkanlardan biri olan London Beynəlxalq Neft Həftəsi gələcək illər üçün sənayenin inkişafını təyin edən fikirlərin formalaşdığı beynəlxalq platformadır. Tədbirin 24-27 fevral tarixlərində keçirilməsi planlaşdırılır.

 





20.02.2020    çap et  çap et