525.Az

Binəqədi Üçüncü Seçki Dairəsinin bir məntəqəsində səsvermə nəticələri etibarsız sayılıb


 

 Binəqədi Üçüncü Seçki Dairəsinin bir məntəqəsində səsvermə nəticələri etibarsız sayılıb<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış İbrahimli Qorxmaz və Gülağa Aslanlının müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ. Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Sosial şəbəkədə16 saylı seçki məntəqəsindən yayılan görüntülərdən məlum olur ki, həmin seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 16 saylı seçki məntəqəsində səsvermənin nəticəsinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

 





23.02.2020    çap et  çap et