525.Az

Güclü külək əsəcək, qar yağacaq - Xəbərdarlıq


 

Güclü külək əsəcək, qar yağacaq - <b style="color:red">Xəbərdarlıq </b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Departamentdən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

 





24.02.2020    çap et  çap et