525.Az

UNEC-in Zaqatala filialında EDUMAN sisteminin tətbiqinə başlanılıb


 

UNEC-in Zaqatala filialında EDUMAN sisteminin tətbiqinə başlanılıb<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) uğurla tətbiq olunan EDUMAN-Elektron Universitet Modeli 2019-2020-ci tədris ilinin yaz semestrindən etibarən universitetin Zaqatala filialında da reallaşdırılıb.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, filialda bütün müəllim və tələbələr üçün şəxsi kabinetlər açılıb, dərs cədvəlləri, tədris planları, fənn üzrə qruplar, tədris materialları, sərbəst işlərin qəbulu, apellyasiya müraciətləri, imtahan cədvəli və buraxılışları elektronlaşdırılıb.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi üçün geniş imkanlar yaradan EDUMAN sistemi çərçivəsində UNEC-də təhsil idarəetmə, elektron imtahan, təqaüd, apellyasiya sistemi, əlavə təhsil, ikinci ali təhsil, əcnəbilərin qəbulu, tələbə kabineti, müəllim kabineti, Docnet-Elektron sənəd dövriyyəsi sistemi, elektron təqaüd və müəllimlərin reytinqinin qiymətləndirilməsi sistemi modulları tətbiq olunur.

Həmin modulların UNEC-in Zaqatala filialında da tətbiq edilməsi elektron dərs cədvəli, fənn kataloqu, akademik təqvim, sərbəst işlərin elektron göndərilməsi və qiymətləndirilməsi, DİM-də tələbə məlumatlarının daimi inteqrasiyası, elektron jurnal, elektron tədris materialları, hesabatlar, tədris planı, transkript, elan və bildirişlər, tələbə kabineti, müəllim kabineti, apelyasiya, təqaüdlərin hesablanması və əmrləşdirilməsi, testlərin hazırlanması, imtahan qeydiyyatı, məzunlar bölməsi kimi funksionallıqların icrasını təmin edəcək.

Xatırladaq ki, EDUMAN sistemində "Bir pəncərə" sisteminin də işə salınıb. Bu sistem vasitəsilə tələbələr universitet təhsili müddətində tələb olunan bütün arayış (akademik transkript, təhsil alma haqqında arayış və s.) və ərizələri şəxsi kabinetlərindən müraciət edərək əldə edə bilirlər.

Sistemin tətbiqi nəticəsində filialın tədris prosesi ilə əlaqədar bütün məlumatlar birbaşa mərkəzi bazaya ötürüləcək və həmin məlumatların təhlili daha operativ qaydada aparılacaq.

Sevinc QARAYEVA

 





28.02.2020    çap et  çap et