525.Az

Bakıdan Belarusa gedən iranlıda koronavirus aşkarlanmasına münasibət


 

Bakıdan Belarusa gedən iranlıda koronavirus aşkarlanmasına münasibət<b style="color:red"></b>

TƏBİB Bakıdan Belarusa təyyarə ilə gedən iranlı tələbədə koronavirus aşkarlanması məsələsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva qeyd edib ki, həmin şəxs sərhədi keçəndə onda xəstəliyin heç bir əlaməti aşkarlanmayıb, temperaturu da normal olub: “Bu cür xəstəliklərdə kəskin başlanma ola bilir, yəni yavaş-yavaş başlamır. Sərhəddə insanları yoxlayanda bəzən narazılıq edirlər, amma insanlar nə qədər yoxlanılsalar, xəstəlik riski az olar. İnsanlar həddindən artıq çox gedib-gəlirlər. İnsanların özündə də bir düşüncə olmalıdır ki, xəstəlik olan yerlərə getməsinlər”.

 





28.02.2020    çap et  çap et