525.Az

"Əmanətlərin tam sığortalanması məsələsi yaxın günlərdə həllini tapacaq"


 

"Əmanətlərin tam sığortalanması məsələsi yaxın günlərdə həllini tapacaq" <b style="color:red"></b>

“Əmanətlərin tam sığortalanması məsələsi yaxın günlərdə həllini tapacaq”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hökumətin qlobal şoklara qarşı tədbirlər planını şərh edərkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında bu həftə ərzində bazarın tələbini tam ödəyəcək məbləğdə valyuta satılıb.

“Manatın sabitliyinin qorunması 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların nəticələrinin daha da möhkəmləndirilməsi üçün zəmindir. Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsinin icrasının tam həyata keçirilməsi, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi istiqamətində tapşırıqlar müəyyənləşdirilib”, - deyə V. Qasımlı qeyd edib.

O həmçinin bildirib ki, xüsusilə, sosial proqramların tam icrası nəzarətə götürülüb. Belə ki, ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcək.

“Bu il dövlət büdcəsinin sosialyönümlü xərcləri 10,4 mlrd. manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 mlrd. manat və ya 33,5% çoxdur. Kiçik və orta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlılığının təmin edilməsinə hesablanıb. Bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7% artıb və hökumət bu tempin saxlanılmasına çalışacaq. Hökumətin tədbirləri sırasına qlobal böhranın təsirindən daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də daxildir”, - deyə V. Qasımlı bildirib.

V. Qasımlının sözlərinə görə, neftdən sonra ölkəyə ən çox gəlir gətirən turizm sektorunun dəstəklənməsi gündəlikdədir. İqtisadiyyat üçün sistem əhəmiyyətli müəssisələrin dayanıqlılığı təmin olunacaq.

“Neftin qiymətlərinin tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb ki, bu sahədə görülən tədbirlər tədiyə balansının tarazlığının qorunmasını təmin edəcək. Hökumətin antiböhran tədbirlərinin səmərəliliyinin artırılması üçün özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlarla əməkdaşlıq da gündəmdədir”, - deyə V. Qasımlı əlavə edib.

 





12.03.2020    çap et  çap et