525.Az

AYİB yeni qanunvericiliyi gözləyir


 

AYİB  yeni qanunvericiliyi gözləyir<b style="color:red"></b>

Azərbaycanda bərpa olunan enerji sahəsinin dəstəklənməsi üçün yeni qanunvericilik bazasının yaradılmasını gözləyirik və artıq bundan sonra bu sahədə yeni layihələrin maliyyələşdirə bilərik.

Bunu "APA-Economics"ə Avropa İnkişaf və Yenidənqurma Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım İvana Duarte deyib.

Onun sözlərinə görə, bank sərmayə qoyduğu ölkələrdə bərpa olunan enerji layihələrinin lider maliyyəçisidir və Azərbaycanda bu sahədə keçiriləcək hərraclarda iştirak etmək niyyətindədir.

"Bizim işimiz Energetika Nazirliyinə müəyyən bərpa olunan enerji mənbələri üçün həqiqi bazar qiymətlərini müəyyənləşdirməkdə və ədalətli, şəffaf hərrac prosesini yaratmaqda kömək etməyə yönəlib", - deyə İ. Duarte bildirib.

 

Xatırladaq ki, Energetika Nazirliyi Azərbaycanda "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında" qanun layihəsini artıq ölkə hökumətinə təqdim edib və yaxın zamanlarda bu qanun qəbulu gözlənilir.

Qeyd edək ki, ötən həftə Gəncə şəhəri və AYİB Gəncə şəhərində təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəlib. Bank şəhərdə infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır. Azərbaycanın qərbində yerləşən Gəncə bankın investisiya qoyduğu ölkələrdə 40 şəhərin inkişafına dəstək olmuş AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlıdır. Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün "Yaşıl Şəhər" üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.

Xatırladaq ki, AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 mlrd. avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkətin öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.

 





12.03.2020    çap et  çap et