525.Az

Azərbaycanın Belarusa göndərdiyi neft Ukraynada qəbul olunub


 

Azərbaycanın Belarusa göndərdiyi neft Ukraynada qəbul olunub<b style="color:red"></b>

Ukraynanın Odessa vilayətinin Yujne neft terminalında Azərbaycandan tankerlə gətirilmiş Belarusa çatacaq neft “Ukrtransnafta” dövlət neft nəqli şirkəti tərəfindən qəbul olunub.

“Report” xəbər verir ki, bu barədə şirkətin “Facebook” səhifəsində paylaşdığı məlumatda qeyd edilir:

“90 min ton həcmində “Azerilight” markalı neft daşıyan ilk tankerin Yujne dəniz neft terminalında qəbuluna başlanılıb. Həmin neft daha sonra Odessa – Brodı neft kəməri və “Drujba” kəməri xətlərinin biri ilə Belarus neftayırma müəssisələrinə nəql olunacaq”.

Qeyd edək ki, Belarusa neft nəqli ilə bağlı xidmətlər “Ukrtransnafta” ilə “Belarusian Oil Company”nin törəmə şirkəti olan Böyük Britaniyanın “BNK Limited” şirkəti arasındakı müqaviləyə əsasən göstərilir. 2020-ci ilin sonunadək qüvvədə olan bu müqavilə Odessa – Brodı kəməri ilə və “Drujba” kəməri ilə Belarusun Mozir şəhərinə nəqlini nəzərdə tutur.

Bundan əvvəl Belarusun “Belneftxim” dövlət şirkəti iki tankerlə 160 min ton neftin tədarükü haqqında SOCAR ilə müqavilə imzaladıqlarını açıqlamışdı.

 





12.03.2020    çap et  çap et