525.Az

"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini "BB+" səviyyəsində təsdiqləyib


 

"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini "BB+" səviyyəsində təsdiqləyib<b style="color:red"></b>

"Fitch Ratings" beynəlxalq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin təmin edilməmiş avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqinin "BB+" səviyyəsində təsdiqləyib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinqin proqnozu "stabil" olaraq təsdiqlənib. Reytinq ödəmə müddəti olan 2026-cı ildə olan Azərbaycan tərəfindən tam zəmanət verilən 2 mlrd. ABŞ dolları həcmində avrobondlara olan dəyişməyən proqnozu əks etdirir.

 





13.03.2020    çap et  çap et