525.Az

Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırıb


 

Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırıb<b style="color:red"></b>

Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.

Məlumatda qeyd olunur ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.

Analoji addım Özbəkistanla bağlı da atılıb.

 





16.03.2020    çap et  çap et