525.Az

Bakıda yol çökdü


 

Bakıda yol çökdü<b style="color:red"></b>

Bakının Səbail rayonu ərazisində, Jurnalistlərin binasının yaxınlığında su xətti partlayıb.

APA-nın xəbərinə görə, nəticədə yol çöküb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının APA-ya verdiyi açıqlamaya görə, Səbael rayonunda Elçin Əzizov küçəsini su ilə təmin edən su xəttində sızma baş verib. Bu səbəbdən torpaqda çökmə əmələ gəlib. “Azərsu”nun briqadası əraziyə cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.

 





23.03.2020    çap et  çap et