525.Az

“Bulvar Hotel” Operativ Qərargahın istifadəsinə verildi


 

“Bulvar Hotel” Operativ Qərargahın istifadəsinə verildi<b style="color:red"></b>

«Absheron Hotel Group» koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq «Bulvar Hotel»i mart ayının 24-dən etibarən müvəqqəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir.

Bu barədə APA-ya «Absheron Hotel Group»dan məlumat verilib.  

Oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri «Absheron Hotel Group» tərəfindən ödəniləcək.

 

 





23.03.2020    çap et  çap et