525.Az

Novruz bayramında Merac Qandili - Fikrət Qocanın şeiri


 

Novruz bayramında Merac Qandili - <b style="color:red">Fikrət Qocanın şeiri </b>

Qaranlıq aləmdə ən nurlu gecə,
Uğursuz dünyada uğurlu gecə.
Qırdı zəncirini insanın dili,
İsadan sonraydı “Merac Qandili”.
Azğın cəmiyyətdən öc aldı İnsan,  
Allah ayağına ucaldı İnsan.
Qəlbi bahar-yazla qayıtdı geri,
Beş rükət namazla qayıtdı geri.
Bir qiblə göstərdi Ərəbistana,
Görən-Görünməzi verdi İnsana.
O, hamını görür, özü görünməz...
Qəlbinlə görərsən, gözə görünməz.
Allahın adına sığındı hər kəs.
Haqqa, Ədalətə İnsan inandı.
İnam özü dindi-İnam İmandı...
Hərdən bir Allahsız çıxanda taxta,
İnsan “Allah”- deyir bu dar ayaqda.
Əllərin qaldırıb göydən istəyir...
Görünməz Allahım, görəndir-deyir.
Zamanla hər şeyi sahmana salar,
Haqlının qisasın haqsızdan alar.
İnsanlar dirçələr, zaman sağalar...
Yenə də gözəllik İnsana qalar.
Allah öz nurundan bizə pay verib,
Bizim naləmizə hər vaxt hay verib.
Dəryalar damcıdan yaranıbdılar,
Biz də bu dəryadan bir damcı olaq.
Allah ağıl verib, kamal veribdi,
Bizi yaşadana yardımçı olaq. 

21.03.2020

 





25.03.2020    çap et  çap et