525.Az

Multikulturalizm Mərkəzi yardım aksiyası keçirdi


 

Multikulturalizm Mərkəzi yardım aksiyası keçirdi<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Azərbaycanda fəaliyyət göstərən etnik icmaların yaşlı üzvlərinə maddi yardım aksiyası keçirib.

Bu barədə 525.az-a mərkəzdən məlumat verilib.

Bildirilib ki, martın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları tərəfindən ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq şəraitində bir ailə kimi birgə yaşayan etnik qrupların yaşlı nümayəndələrinə, onların yaşadıqları mənzillərdə Mərkəzin maliyyə vəsaiti hesabına gündəlik təlabat vasitələri olan qida məhsullarından ibarət bağlamalar təqdim edilib.

 





26.03.2020    çap et  çap et