525.Az

Türkiyə və Çinin elm adamları videokonfrans keçirdilər


 

Türkiyə və Çinin elm adamları videokonfrans keçirdilər<b style="color:red"></b>

Türkiyənin Koronavirusla əlaqədar yaradılan Elm Qurumu ilə Çinin elm adamları birgə videokonfrans keçiriblər.

APA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi xəbərə görə, 3 saat çəkən toplantıda, öncə yeni növ  koronavirusla  (COVİD-19) bağlı Çinin tibb üzrə elm adamlarına suallar ünvanlanıb.

Sonra hər iki ölkə arasında mövzu ilə bağlı məlumat və təcrübə mübadiləsi ətrafında geniş müzakirələr aparılıb.

 

 





27.03.2020    çap et  çap et