525.Az

Milli Məclisin gündəliyinə 16 məsələ daxil edildi


 

Milli Məclisin gündəliyinə 16 məsələ daxil edildi<b style="color:red"></b>

Milli Məclisin 30 mart tarixində keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi və digər qanunlara uyğunlaşdırma xarakterli təklif edilən dəyişikliklərdir.

 

 





27.03.2020    çap et  çap et