525.Az

Dövlət qulluğu üzrə onlayn sınaq imtahanları ödənişsiz olacaq


 

Dövlət qulluğu üzrə onlayn sınaq imtahanları ödənişsiz olacaq<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (2 variant) 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.

DİM-dən APA-ya verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkün olacaq.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

 

 





30.03.2020    çap et  çap et