525.Az

"Kanada Dağlıq Qarabağdakı “seçkilər”i tanımır"


 

"Kanada Dağlıq Qarabağdakı “seçkilər”i tanımır"<b style="color:red"></b>

“Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

APA-nın xəbərinə görə, bu barədə Kanadanın Türkiyədəki səfirliyi "Twitter" səhifəsində bildirib.

“Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır. Bu cür "seçkilər" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun da səyləri daxil olmaqla, göstərilən bütün səyləri sarsıdır”, - deyə qeyd olunub.

Xatırladaq ki, Kanadanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana, Gürcüstana və Türkmənistana akkreditə edilib.

 





01.04.2020    çap et  çap et