525.Az

Bankomat və Post-terminalların sayı açıqlandı


 

Bankomat və Post-terminalların sayı açıqlandı<b style="color:red"></b>

2020-ci il 1 yanvar tarixinə Azərbaycanda ümumilikdə 2712 ədəd bankomat, 67681 ədəd Post-terminal (44.5 faizi və ya 30 130 təmassız olmaqla) quraşdırılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

2018-ci illə müqayisədə bankomatların sayı 5.8 faiz, təmassız Post-terminalların sayı 38 faiz, ödəniş kartları ilə bütün vasitələrə aparılan nağdsız ödənişlərin həcmi 58 faiz, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 92 faiz artıb.

Ölkə daxilində kartlarla aparılan nağdsız ödənişlərin xüsusi çəkisi son 5 ildə 9 faizdən 21 faizədək yüksəlib.

 





02.04.2020    çap et  çap et