525.Az

Rusiyada qeyri-iş həftəsinin müddəti uzadıldı


 

Rusiyada qeyri-iş həftəsinin müddəti uzadıldı<b style="color:red"></b>

Rusiyada qeyri-iş həftəsinin müddəti aprelin 30-a kimi uzadılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə xalqa müraciətində bildirib.

O, koronavirus təhlükəsinin hələ də qaldığını vurğulayıb.

“Buna görə də mənim tərəfimdən əmək haqları saxlanılmaqla, aprelin 30-a qədər qeyri-iş həftəsinin uzadılması haqqında qərar verilib", - deyə Rusiya Prezidenti qeyd edib.

V. Putin koronavirus epidemiyası ilə mübarizə aparan həkimlərə xüsusi təşəkkürünü bildirib.

 





02.04.2020    çap et  çap et