525.Az

Tramp yenidən koronavirus testindən keçdi


 

Tramp yenidən koronavirus testindən keçdi<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp yenidən koronavirus testindən keçib və nəticə mənfi olub.

APA xəbər verir ki, bu barədə “Reuters” Trampın həkimi Şon Konlinin açıqlamasına istinadən məlumat yayıb.

Həkim analiz üçün yeni ekspress-test üsulundan istifadə edildiyini bildirib, nəticə də 15 dəqiqədən sonra əldə olunub: “O sağlamdır, koronavirus xəstəliyinin əlamətləri yoxdur”.

Qeyd edək ki, D.Tramp koronavirus testindən ilk dəfə martın 14-də keçib.

 





03.04.2020    çap et  çap et