525.Az

Səmayə Məmmədova: “Mütaliə edəndə zaman çox gözəl axıb gedir”


 

Səmayə Məmmədova: “Mütaliə edəndə zaman çox gözəl axıb gedir”<b style="color:red"></b>

Bütün dünyada koronavirusun təsir etdiyi sahələrdən biri də idmandır. Pandemiyanın 200-dən çox ölkədə yayılması nəticəsində bütün idman yarışları və tədbirləri təxirə salınıb. İdmansevərlərin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların  sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə  Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb.

Ölkəmizdə də karantin rejiminin tətbiqindən sonra öz fəaliyyətini buna uyğun quran  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, telefon, sosial media və email vasitəsilə jurnalistlərin bütün sualları vaxtlı-vaxtında cavablandırılır. Əfsuslar olsun ki, koronavirusla əlaqədar bir çox idman tədbirləri təxirə salındı, bəziləri ləğv olundu. Olimpiya oyunlarının baş tutacağı tarix dəyişdirildi. Ancaq buna baxmayaraq jurnalistləri maraqlandıran bəzi suallar olur: “Çalışırıq ki, bizə ünvanlanan sualları cavabsız qoymayaq. Televiziyalara müsahibələr verilir, medianın sualları cavablandırılır. Gənclər və İdman Nazirliyi tərəfindən bu karantin dövründə xüsusi layihələr həyata keçirilir. Virusa qarşı bir sıra sosial çarxlar, roliklər çəkildi. Prezident mükafatçıları, olimiya və dünya çempionları, idmançılar, bir çox məşhur simaların, incəsənət nümayəndələrinin, aktiv gənclərin iştirakı ilə. Eyni zamanda Gənclər və İdman Nazirliyi “İdman TV” ilə birgə yeni – “Evdə qal, idmansız qalma!” televiziya layihəsinə start verib. Martın 25-dən start götürən layihədə olimpiya, dünya və Avropa çempionları Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərov Fərid Hacıyev, Elnur Məmmədli, Rafael Ağayev, Nazim Babayev, Qara Qarayev “Skype” vasitəsilə evdən müxtəlif idman nümunələri göstərirlər. Əsas məqsəd idmana marağı artırmaq, vətəndaşların evdə qaldıqları müddət ərzində idmandan, sağlam həyat tərzindən uzaq düşməmələridir. Bu doğurdan da çox maraqlı bir TV layihəsir. Hər kəs tərəfindən də maraqla izlənir. O hərəkətlərə baxan hər bir vətəndaş bu hərəkətlərdən yararlana və idmanla məşğul olub aktiv həyat tərzi sürə bilər. Bununla yanaşı Nazirlik tərəfindən “Tələbə baharı”, “İdeya var” kimi onlayn müsabiqələr elan edilib. Bölgələrdə yaşayan gənclərlə də işimiz davam edir. Nazirliyin İdman İdarələri bu gənclərin yardımı ilə ovdə oturan yaşlı insanlara köməklik edir, dəstək olurlar.

Hər gün işə gəlib-gedəndə iş proqramı fərqlı şəkildə qurulur. Ancaq evdən, onlayn başqa formada işlər qurulur. Çox şükür ki, işlırimizin gedişatında axsama yoxdur. Bacardığımız qədər çalışırıq ki, işimizin öhdəsindən gələk”.

S.Məmmədova bildirib ki, karantin dövründə boş vaxtlarını səmərəli keçirməyə çalışır: “Hər gün evdə mütləq bir saat idmanla məşğul oluram. “Mütaliə çox meyilli olduğum üçün hər gün mütləq şəkildə kitab oxuyuram. Vaxt azlığı, gərgin iş səbəbiylə oxumadığım kifayət qədər kitabım var idi. Onların bir çoxun müxtəlif ölkələrə səfər zamanı almışdım. Onları oxuyuram. Ailəmlə, əzizlərimlə vaxt keçirirəm. Mənim üçün bundan gözəl heç nə ola bilməz. Dostlarımla mütəmadi olaraq kontaktdayiq. Vodsap, “Skupe” vasitəsilə bir-birimizlə daim ünsiyyətdəyik. Təbii ki, insan dostları, doğmaları üçün darıxır. Ancaq pis günün ömrü az olar. Mən əminəm ki, aparılam müvafiq tədbirlər, görülən işlər sayəsində tezliklə bu problemin öhdəsindən gələcəyik. İnsanlar da aktiv həyatlarına davam edərlər. Həyat göstərir ki, evdə qala qala da işlərin öhdəsindən gəlmək, maraqlı xaxt keçirmək, idman etmək olar. Bu dövürdə bəzi insanlar özlərində bir çox bacarıqlar da kəşf etdilər. Gündəlik gərgin işdən əlavə zaman qalmırdı ki, insanlar hansı əlavə bir işləsə məşgul olsunlar, özlərində olan bacarığı kəşf etsinlər. Bu karantin dövrü bir növ insanlara o şəraiti yaratdı.

Aktiv insan elə aktivdi, passiv insan da elə passivdi. Passiv insan işdədə darıxır evdədə də. Ancaq aktiv həyata, yeniliyə, yenilik etməyə meyilli olan insan insan heç vat heç yerdə darıxmır. Nə başverməyindən asılı olmayaraq insan daim yeniliyə meyilli olmalıdır. İdmanla məşğul olmaq lazımdır. İdman insanın əhval ruhiyyəsinə çox müsbət təsir edir, insanı passivlikdən uzaqlaşdırır. “Mütaliə etmək də insanın boş vaxtını səmərəli keçirmək üçün gözəl vasitədir. Mütaliə edəndə insan bir başqa aləmə düşür və bununla da zaman çox gözəl axıb gedir”.

S.Məmmədova vurğulayıb ki, hazırda evdə qalmaq çox önəmlidir. Evdə qalmaqla insanlar virusun yayılmasının qarşısını ala bilər: “Mütləq şəkildə qayda qanunlara qiayət etməliyik. Biz bir olmalıyıq birlikdə olmalıyıq.

Pozitiv olaq, bir olaq, mehriban olaq. Her şeyin yaxşı olacağına ürəkdən inanaq. Hazırda hər bir dövlətin əsas məqsədi bütün dünyanı narahat edən koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalisinin sağlamlığını qorumaqdır. Bu virusun bizdən yan keçməsini, ağır fəsadlar verməməsini istəyiriksə, mütləq şəkildə evdə qalmalıyıq, özümüzü və ailəmizi qorumalıyıq”.

S.QARAYEVA

 





07.04.2020    çap et  çap et