525.Az

Müğənni Nigar Cəlilova “Bizi birləşdirən mədəniyyət” layihəsində - Video


 

Müğənni Nigar Cəlilova “Bizi birləşdirən mədəniyyət” layihəsində - <b style="color:red">Video </b> Tanınmış musiqiçilər, sənət adamları Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” layihəsinə qatılmağa davam edirlər.
 
Layihə çərçivəsində aprelin 6-dan 12-nə kimi Üzeyir Hacıbəyli telehəftəsi keçirilir. Sənətçilər öz evlərindən dahi bəstəkarın musiqilərini ifa edirlər.

Gənc müğənni, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Nigar Cəlilova da Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdı Qara dəniz” əsərini səsləndirib.

Müğənni yaxın gələcəkdə bu mahnını tədbirlərdə oxumaq fikri olduğunu və ona görə də indidən bunu seçdiyini deyir.

İfaçının şəxsi sosial şəbəkə hesabından paylaşdığı həmin videonu oxucularımıza təqdim edirik:

 





08.04.2020    çap et  çap et