Bu gün Milli Məclisin iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri E. Rüstəmovun səlahiyyət müddəti bu il aprel ayının əvvəlində bitib.