525.Az

İllik balların qiymətlərə uyğunluğu qaydası müəyyənləşdi


 

İllik balların qiymətlərə uyğunluğu qaydası müəyyənləşdi<b style="color:red"></b>

Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu qaydası müəyyənləşib.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərarında məlumat verilib.

Qeyd edilib ki,  30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə; 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə; 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə müəyyənləşdirilir.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

 





22.05.2020    çap et  çap et