525.Az

"Fevraldan indiyədək 18 milyon maska satılıb"


 

"Fevraldan indiyədək 18 milyon maska satılıb"<b style="color:red"></b>

“Fevralın ortalarından indiyə qədər 24 milyon ədəd maska satışa çıxarılıb, 18 milyon ədəd maska satılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, hazırda ölkədə 6 milyon maska ehtiyatı var: “Ölkədə hazırda gündəlik 250 min maska istehsal edilir. Ayın sonuna ölkəyə 10 milyon civarında maska idxal olanacaq”.

 





22.05.2020    çap et  çap et