Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Azərbaycan xalqını 28 may – Respublika Günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, fransalı diplomat təbrikini "Twitter"də qeyd edib.
"Bu gün, 28 mayda, düşüncələrim 1918-ci ildə və 1991-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda vuruşan hər kəsin yanındadır. Bu müstəqillik ölkənizin çiçəklənməsinin təməl daşıdır. Azərbaycanın qurucuları kimi, mən də sizə azadlıq, firavanlıq, demokratiya arzulayıram" - diplomat bildirib.