“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq.
APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin gündəliyinə daxil edilib.
İyunun 4-də “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” layihə birinci oxunuşda Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunacaq.