525.Az

Ölkədə pandemiya dövründə kompüter istehsalı artıb


 

Ölkədə pandemiya dövründə kompüter istehsalı artıb<b style="color:red"></b>

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 79,1 milyon manatlıq məhsul istehsal olunub.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 26,5 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 10,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 3,6 dəfə artıb.

 





16.06.2020    çap et  çap et