525.Az

Müdafiə xərclərinə 2 milyard dollara yaxın vəsait ayrılacaq


 

Müdafiə xərclərinə 2 milyard dollara yaxın vəsait ayrılacaq<b style="color:red"></b>

Gələn il Azərbaycanda dövlət büdcəsindən müdafiə xərclərinə 1 milyard 528 milyon 582 min manat (təqribən 1 milyard 947 milyon 238 min dollar) vəsaitin ayrılması planlaşdırılır. APA-nın məlumatına görə, bu 2012-ci ilin göstəricisindən 8,6% çoxdur.

Qeyd edək ki, 2012-ci ildə dövlət büdcəsindən müdafiə xərcləri olaraq 1 407 312,4 min manat vəsait ayrılıb.

Xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsaitlər də nəzərə alınmaqla, müdafiə xərcləri 2013-cü ilin dövlət büdcəsinin ümumi xərclərində 13% təşkil edir.

 





15.10.2012    çap et  çap et