525.Az

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”


 

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”<b style="color:red"></b>

“Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, habelə bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib”.

XİN-dən APA-ya verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə virtual görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki çox sayda Azərbaycan tarixi və islam irsinə aid əsərlər də daxil olmaqla çoxsaylı tarixi, mədəniyyət və dini abidələr vəhşicəsinə məhv edilib.

“Azərbaycan hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası və İƏT-in müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə sadiq qalsa da, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam əsasda bərpa etmək üçün lazım olan bütün vasitələrdən istifadə etmək qanuni haqqını qoruyub saxlayır”, - deyə nazir vurğulayıb.

 





22.06.2020    çap et  çap et