525.Az

"Dünya yuxutək əriyir" kitabı Gürcüstanda nəşr olundu


 

"Dünya yuxutək əriyir" kitabı Gürcüstanda nəşr olundu<b style="color:red"></b>

Tanınmış Azərbaycan şairi, Puşkin adına "Qızıl medal", ABŞ Xeyriyyə Cəmiyyətinin "Həyat açarı" ("Key to life") mükafatı laureatı Leyla Əliyevanın gürcü dilinə tərcümə edilmiş "Dünya yuxutək əriyir" kitabı Gürcüstanda nəşr olunub.

Tərcümə Mərkəzindən bildirilib ki, Gürcüstanın zəngin ədəbi ənənəli "Merani" nəşriyyatında işıq üzü görmüş kitaba şairin "Gecə", "İnanmıram", "Şair", "Sevgi qulu", "Ümid", "Həyat nədir, ölüm nə?", "Mənim yüküm", "Bəzən qəm gələndə ağlamaq olmur" kimi 100-dən çox şeiri daxil edilib.

Şeirlərin gürcü dilinə tərcüməçisi və "Ön söz"ün müəllifi - görkəmli gürcü şairi, İlia Çavçavadze, Qalaktion Tabidze və Anna Kalandadze mükafatları laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilidir.

 





25.06.2020    çap et  çap et