525.Az

Rəşad Sadıqovun yeni klubu rəsmiləşdi - Baş məşqçi oldu


 

Rəşad Sadıqovun yeni klubu rəsmiləşdi - <b style="color:red">Baş məşqçi oldu</b>

“Zirə”nin baş məşqçisinin adı məlum olub.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olub. Gənc mütəxəssislə 3 illik müqavilə bağlanıb.

“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədov Rəşad Sadıqovun komandaya baş məşqçi təyinatı ilə bağlı açıqlama verib.

O, klubun saytına bildirib ki, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə ediblər:

“Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Qeyd edək ki, R.Sadıqov ötən ay futbolçu karyerasını başa vurduğunu elan edib.

 





17.07.2020    çap et  çap et