525.Az

Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək


 

Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödəniş sistemini avqust ayında ictimaiyyətə təqdim edəcək.

Bu barədə AMB-nin bu gün keçirilən mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, bu, ödənişi anında və 7/24 həyata keçirməyə imkan verəcək. Vətəndaşların günün istənilən vaxtında öz hesablarına çıxış imkanı yaradılacaq.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında qeyd edib ki, əmanətlərin tam sığortalanması ilə bağlı qanun layihəsinin müddətinin uzadılması hələ ki, müzakirə olunmur.

 





30.07.2020    çap et  çap et