525.Az

BDU-da Apellyasiya Komissiyası fəaliyyətini uğurla başa vurub


 

BDU-da Apellyasiya Komissiyası fəaliyyətini uğurla başa vurub<b style="color:red"></b>

Koronavirus pandemiyası ölkədə bir çox sahələr kimi, təhsil sisteminə də təsirsiz ötüşmədi.

Bu təsirin nəticəsində mart ayından başlayaraq ölkədə tətbiq olunan xüsusi karantin rejimi ölkənin ali məktəblərində distant təhsilə keçid prosesini aktuallaşdırdı. Müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019-2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının məsafədən baş tutmasına əsas verdi.

Bakı Dövlət Universitetin (BDU) Elmi Şurası COVİD-19 pandemiyası dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edib. Tələbələrə universitet tərəfindən böyük güzəştlər olunub.  Məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15820 (14543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü SABAH qrupları olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahanda iştirak edib.

BDU-dan verilən məlumata əsasən, 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması və obyektiv qiymətləndirmənin, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın və obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılan Apellyasiya Komissiyası onlayn fəaliyyət göstərib.

Universitetin bütün fakültələrində keçirilən imtahanların gedişi Apellyasiya Komissiyası tərəfindən izlənilib. Sessiya ərzində qərargaha 153 elektron müraciət daxil oldu, onların əksəriyyəti tələbələrin xeyrinə həll edilib. Müraciətlərin 104-ü təbiət, 49-u humanitar fakültələrin payına düşüb.

İmtahanların onlayn formada keçirilməsinə baxmayaraq, tələbələr və professor-müəllim heyəti arasında tam demokratik şərait yaradılıb, obyektiv qiymətləndirmə aparılıb. Apellyasiya Komissiyasının sədri, AMEA-nın müxbir üzvü, BDU-nun Botanika kafedrasının müdiri Elşad Qurbanov aparılan maarifləndirmə işləri ilə yanaşı, professor-müəllim heyətinin obyektivliyi nəticəsində imtahan sessiyası müddətində komissiyaya müraciət edən tələbələrin sayının kəskin surətdə azaldığını qeyd edib. Universitetin professor-müəllim heyətinin onlayn dərsləri yüksək səviyyədə keçməklə yanaşı, imtahan sessiyasının da öhdəsindən müvəffəqiyyətlə gəliblər.

S.QARAYEVA

 





30.07.2020    çap et  çap et