525.Az

COVİD-19 laborator üsulu ilə yaradılıb - Sosial şəbəkədə yazılanlar


 

COVİD-19 laborator üsulu ilə yaradılıb - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Distant təhsilin keyfiyyəti 

Ədalət Muradov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru:  

- 1. Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Dərslərin ənənəvi. yoxsa distant olacağı haqqında fərqli fikirlər səsləndirilir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mütəxəssisləri dərslərin ənənəvi formada bərpasının COVİD-19 pandemiyaya təsirini qiymətləndirməyə çalışmışlar. Qiymətləndirmənin nəticəsi ondan ibarətdir ki, təkcə ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVİD-19-a yoluxma sayını 4,06 dəfə artıra bilər.

2. Bütün hallarda, distant təhsilin tətbiqi artıq qaçılmaz görünür. Bu yenilik əvvəllər hətta müzakirə olunmayan bir məsələni, distant təhsilin keyfiyyəti məsələsini daha da aktuallaşdırmaqla gündəmə gətirmişdir. Təhsillə bağlı yaranmış yeni mühitdə ölkəmizdə dünyanın aparıcı universitetlərilə rəqabət apara biləcək distant təhsil modelinin qurulmasının zəruriliyini və hətta mümkünlüyünü nəzərə alaraq düşünürük ki, distant təhsilin keyfiyyəti məsələsinin daha aktual, daha vacib olmasının nəzərə alınması təhsilin gələcəyi baxımından faydalı olar. 

"Ümumdünya hörümçək toru"

Vilayət Quliyev, filologiya elmləri doktoru:  

- Düzünü axtarsaq, uca millətimiz heç vaxt elmi-texniki tərəqqinin nailiyyətlərinə laqeyd qalmayıb. Ən azı şəxsi məqsədləri üçün onlardan tizfəhmlik və fərasətlə "yararlanmağı" bacarıb. XIX əsrin 70-ci illərində əli qələm tutanlar iki həftədə bir dəfə, şagird dəftərindən bir az böyük formatda çıxan "Əkinçi" qəzetinin ünvanına biri-birləri haqda o qədər həcv və hərzə-hədyan göndərmişdilər ki, axırda zavallı Zərdabi məcbur qalıb aşağıdakı sətirləri yazmışdı: "Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın hüdudunda bir daş qoydurub onun üstündə zikr olunan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlarımız o yadigara baxıb bilsinlər ki, mən bu zillət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".

"Vsemirnaə pautina" - "Ümumdünya hörümçək toru" adlandırılan İnternet isə bu imkanları milyon dəfələrlə artırıb... 

COVİD-19 laborator üsulu ilə yaradılıb 

Orxan Fikrətoğlu, yazıçı-jurnalist:  

- COVİD-19 Sarsın laborator davamıdır. Amerikada və Çində Sarsla mübarizə zəminində laborator üsul ilə yaradılıb və hələ təsdiq olunmamış səbəblərdən əhali arasında yayılıb. Çin və dünya tibb konseyi COVİD-19 tipli xəstəliyə qarşı otuz il ərzində artıq otuz beş vaksin hazırlayıb. Onların dördü daha effektli olub. Yuxarı tənəffüs yolları insan ilə identik olan "Xaryoklar" üzərində aparılan dörd illik tədqiqat onu sübut edib ki, vaksin insan bədənində "güclənniş immun sistemi" səbəbindən əks effekt yaradır və vaksin almış insan ikinci dəfə xəstəliyə daha tez yoluxur. Yoluxduğu zaman isə xəstəliyi ikiqat ağır keçirərək ölür. Fauçi, ÜST və dünya dərman mafiyası bunu yaxşı bilsə də, vaksinlərin insan üzərində aparılmalı olan testlərinin olmamasına göz yumurlar.

Məqsəd ancaq pul qazanmaq deyil. Həm də dünya əhalisinin azaldılması planını xidmətdir.

2014-cü ildə oxşar səbəbdən ÜST-ün tövsiyələri ilə Filippində aparılan ümumi vaksinləşmə zamanı 600 uşaq ölüb.

Və Filippin höküməti 56 məmurunu bu işlə bağlı həbs edib.

... rusca Sergey Lavrovdan yaxşı danışır 

İlham Əzimov, iqtisadçı: 

- Xarici İşlər nazirimiz Ceyhun Bayramov rusca Sergey Lavrovdan yaxşı danışır. 

Dil, xarizma, məntiq... 

İlqar Əlfioğlu, jurnalist:  

- Xarici İşlər naziri Ceyhun Bayramovdan xoşum gəldi: dil, xarizma, məntiq... Şəxsən tanımıram, mənim üçün maraqlı idi.

Danışıqların xeyri yoxdur.. 

Akif Rüstəmov, BDU-nun professoru: 

- Azərbaycan-Ermənistan danışıqlarının xeyri yoxdur. Yalnız vaxt uzatmaqdır. Bu da Ermənistanın xeyrinədir. 

QHT sədrlərinin Hikmət Hacıyevlə görüşü yaxşı haldır 

Günel Səfərova, hüquq müdafiəçisi:  

- QHT sədrlərinin Hikmət Hacıyevlə görüşü yaxşı haldır. Vətəndaş cəmiyyətinə suni yaradılan problemləri hökumət əla bilir. Əminəm ki, mənim yazacağım məsələlər gündəmə gətirilib, amma yenə də yazım, bəlkə skrini dəyərli Hikmət müəllimə çatar.

1. Qanun dəyişməli və donor sayılacaq xarici fond və beynəlxalq təşkilatların qeydiyyatı kimi absurd tələb aradan qalxmalıdır (Məsələn, Norveç xarici işlər Nazirliyi gəlib Ədliyyədən qeydiyyatdan keçəcək?).

2. QHT-lərin və fondların qeydiyyatı asanlaşmalı və bu iş ASAN xidmətə verilməlidir.

3. Beynəlxalq qurumların, fondların Azərbaycana gəlmələri təmin edilməli, bunun üçün azad və uyğun mühit yaradılmalıdır. Bu proses ən azı 2 il çəkəcək.

4. QHT Şurasının tərkibi və iş mexanizmi tamamilə dəyişməlidir. Hökumətdən asılı GONGO-ların heç bir faydası yoxdur. Şura QHT evi kimi fəaliyyət göstərib vətəndaş cəmiyyəti subyektləri üçün resurs rolunu oynamalıdır.

PS: Əgər hakimiyyətin həqiqətən niyyəti vətəndaş cəmiyyətinin inkişafına dəstəkdirsə, əngəlləri qaldırsın. Formal xarakter daşıyırsa, o zaman özümüzü yormayaq.

Rusiyada məktəblər açılır 

Ağa Cəfərli, jurnalist: 

- Rusiyada sentyabırın 1-dən məktəblər açılır. Bizdən görək, inşallah... 

Beynəlxalq Buker mükafatı 

Qismət Rüstəmov, şair:  

- Beynəlxalq Buker mükafatını "Axşamın narahatlığı" romanıyla Marike Lukas Reyneveld qazandı. Marike 1991-ci ildə Hollandiyada doğulub. Onu gənc yaşından holland ədəbiyyatının ən həyəcanverici səslərindən hesab edirlər. Bu romanı uşaqlıq kədəri haqqında təsirli hekayədir. Marikenin romanı Hollandiyanın əyalətlərindəki konservativ dindar mühiti kəskin şəkildə tənqid edir. Belə mühitdə uşaq necə inkişaf edə bilər? Roman çıxan kimi böyük rezonans doğurmuşdu.

Bayağılıq

Şəhriyar Məhərrəmov, Feysbuk istifadəçisi:

- Bayaq salona saçımı kəsdirməyə getmişdim. Təzə hoqqa çıxıb. Cavan gədələr hamısı üzlərinə xətkeşlə qara rəng qoyurlar. Necə eybəcər, necə bayağı görünürlər. Özü də, çox maraqlı bir görüntü var belə cavanlarda. İnkubator kimi, elə bil, hamısını bir ana doğub.

Görünür, düşüncə, təfəkkür oxşardırsa, bu, xarici görünüşə də sirayət edir.

Hə, bir də, hamısı enerji içkisi içir.

Malazgirt zəfəri

İbrahim Nəbioğlu, jurnalist:

- 949 il əvvəl - 26 avqust 1071-ci ildə Sultan Alparslan komandanlığındakı Səlcuqlu Orduları Muşda, Malazgirtdə Bizans Ordularını darmadağın edərək türklərə Anadolunun qapısını açdı. Malazgirt zəfəri nəticəsində türklər Anadolunu özlərinə Yurd yaptılar...

Malazgirt zəfəri müştərək Türk tariximizin ən şanlı zəfərlərindəndir...

 





28.08.2020    çap et  çap et