525.Az

"Azərbaycan koronavirusdan az iqtisadi zərər görən ölkələr sırasındadır"


 

"Azərbaycan koronavirusdan az iqtisadi zərər görən ölkələr sırasındadır" <b style="color:red"></b>

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər nəticəsində ölkəmiz iqtisadi baxımdan ən az zərər görən dövlətlər sırasındadır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, dünyanın bir çox ölkələri iqtisadi baxımdan böyük zərər görüb:

"Çox sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatı ciddi zərər görməyib. İqtisadiyyatın 7 aylıq göstəricilərinə əsasən ÜDM-nin azalması qeydə alınsa da, qeyri-neft sektorunda artım müşahidə edilib. Proqnozlara əsasən də iqtisadiyyatda azalmanın səviyyəsinin aşağı olacağı gözlənir”.

 





11.09.2020    çap et  çap et