525.Az

BNA daha 300 avtobus alır


 

BNA daha 300 avtobus alır <b style="color:red"></b>

“Türkiyədən alınan 115 avtobusun hamısı bu ilin noyabr ayına qədər Bakıya gətiriləcək”.

Bu barədə "Trend"ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, artıq alınan avtobusların Bakıya gətirilməsinə başlanıb:

"İlk olaraq 10 avtobus artıq Bakıdadır. Hazırda həmin avtobuslar yoxlanılır. Növbəti həftələrdə də alınan avtobuslar hissə-hissə Bakıya gətiriləcək. Proses oktyabrın sonuna qədər çəkəcək. Oktyabrın sonunda 115 avtobusun hamısı Bakıda olacaq".

BNA rəsmisi qeyd edib ki, bundan əlavə daha 300 avtobusun alınması üçün tender elanı verilib.

 





11.09.2020    çap et  çap et