525.Az

Azərbaycanda sığorta ekspertləri qrupunun yaradılması planlaşdırılır


 

Azərbaycanda sığorta ekspertləri qrupunun yaradılması planlaşdırılır <b style="color:red"></b> “Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu il sığorta ekspertləri qrupu yaratmağı planlaşdırır”.

Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktorunun müşaviri Məmməd Ağayev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu qrup müştərilərə sığorta şirkətini seçməyə və zəruri informasiyanı almağa kömək edəcək:

"Qrupun yaradılmasından sonra bank kreditləşməsinin, daşınmaz əmlak sığortasının və kənd təsərrüfatı sığortasının fəallaşması hesabına müxtəlif sığorta növləri üzrə yığımların artımı gözlənilir".
 





15.09.2020    çap et  çap et