525.Az

Tramp COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib


 

Tramp COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib<b style="color:red"></b>

Prezident Donald Tramp ABŞ-da COVID-19-a qarşı peyvəndin oktyabr ayında paylanacağını bildirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, peyvəndlərin çox etibarlı və ədalətli şəkildə paylanmasına hazır olduqlarını qeyd edib: “COVID-19 əleyhinə peyvəndlərin paylanmasına oktyabr ayında başlaya bilərik. Düşünürəm ki, bu oktyabrın ortalarından, bəlkə də bir az sonra baş tutacaq”.

Trampın sözlərinə görə, ABŞ-da 2020-ci ilin sonunadək 100 milyona qədər vaksinin paylanmasına hazırlıq görülüb.

 





17.09.2020    çap et  çap et