525.Az

"Azərbaycan" jurnalının yeni sayı


 

"Azərbaycan" jurnalının yeni sayı<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı "Azərbaycan" jurnalının sentyabr sayı işıq üzü görüb.

"Poeziya" bölməsində Kəramət Şükürov, Ağacəfər Həsənli, Məhəmməd Turan, İslam Sadıq, Valeh Bahaduroğlu, Qismət Məsim, Hikmət Məlikzadə, Elnur Abıyev və Heydər Ələddinoğlunun şeirləri çap olunub.

"Hekayə" bölməsində oxucular Vüsal Nurunun "Qadın qoxulu tüstü", Şahanə Müşfiqin "İntihar", "Peşmanlıq", Xanım Aydının "Can borcu", Alpay Azərin "Tanyanın Vanyası, Vanyanın Tanyası" hekayəsini, həmçinin, Firuz Mustafanın qısa hekayələrini oxuya biləcəklər.

"Nəsr"də Elçin Vələdoğlunun "Ruh müsafiri" povesti yer alıb.

"Yeni tərcümələr" rubrikasında Sait Faik Əbasıyanıqın hekayələri Əjdər Olun tərcüməsində təqdim olunub.

Ə.Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi rubrikada Mustafa Çəmənlinin "Əbədiyyət yolçusu", "Dost Təbriki" rubrikasında isə Aleksandr Qriçin İntiqam Qasımzadənin 77-ci yaşına yazdığı "77-ci paralel" məqalələri çap olunub.

Vaqif Yusiflinin "Son illərin dramaturgiyası" məqaləsi "Ədəbi proses", Paşa Əlioğlunun "Gər qəbu etsə bizi..." araşdırma yazısı "Axtarışlar, tapıntılar" rubrikalarındadır.

Bu dəfə "Tənqid və ədəbiyyatşünaslıq" bölməsində Aysel Talıbova "Markesin tanıdığı Kolumbiya", Nailə Mustafayeva "Özbək şairinin Hadi qəzəlinə təxmisi" məqalələri verilib.

Zümrüd Əhmədovanın hazırladığı "Ədəbi kaleydoskop" rubrikasında yazıçı Aeksandr Soljenitsının yaradıcılığı, əsərləriylə bağlı maraqlı faktlar verilib.

Ənənəvi olaraq jurnalın "Kitab rəfi" rubrikasında yeni nəşrlərdən söz açılır.

ŞAHANƏ

 





23.09.2020    çap et  çap et