525.Az

“Yoluxmanın 500-ü keçməsi bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”


 

“Yoluxmanın 500-ü keçməsi bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”<b style="color:red"></b>

“Avropa ölkələrində və digər ölkələrdə koronavirusun ikinci dalğasını müşahidə edirik”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, payız ayında yoluxmanın artması gözləniləndir:
 
“Eyni zamanda, başa düşməliyik ki, biz xüsusi şəraitdəyik, xüsusilə diqqətdə olmalıyıq. Təhsil Nazirliyi məktəblərdə yoluxma ilə bağlı ictimaiyyətə gündəlik məlumat verirdi. Əgər sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər hər gün 10-15 məktəb bağlama məcburiyyətində idi. Yoluxmanın səviyyəsinin 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”.

 





16.10.2020    çap et  çap et