525.Az

İqtisadi fəal əhalinin sayı artıb


 

İqtisadi fəal əhalinin sayı artıb  <b style="color:red"></b>

Bu ilin oktyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 249,1 min nəfər olub, onlardan 4 884,9 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1 faiz artıb, məşğul əhalinin sayı isə 1,2 faiz azalıb.

Cari il sentyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 670,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,3 min nəfər, qeyri-dövlət sektorunda isə 768,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 636,9 min nəfər çalışıb.

 





19.10.2020    çap et  çap et