525.Az

Ermənilərin Daşkəsəni atəşə tutması nəticəsində meşə yanğını baş verib


 

Ermənilərin Daşkəsəni atəşə tutması nəticəsində meşə yanğını baş verib<b style="color:red"></b>

Humanitar atəşkəsi açıq şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın Daşkəsən rayonunu atəşə tutub.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, nəticədə meşə yanğını baş verib.

H. Hacıyevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürmək və Ermənistanın törətdiyi ekoloji terroru minimuma endirmək üçün ərazidə fəaliyyət göstərirlər.

“Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.   

 





26.10.2020    çap et  çap et